10 Avqust 22:44 “Heyəti formalaşdırmaq  çətin olacaq” – Qurban Qurbanov
FUTBOL xəbərləri 10 Avqust 22:44
4573 baxış

“Heyəti formalaşdırmaq çətin olacaq” – Qurban Qurbanov

“Mən çempionatın başlanması münasibəti ilə hər kəsi təbrik edirəm. Bizim işimiz futboldur. Birimiz qaçırıq, birimiz düşünürük, digərimiz yazırıq. Futbol bizim ümumi işimizdir. Odur ki, mən mərhum jurnalist Rasim Əliyevə və veteran futbolçumuz Mübariz Zeynalova Allahdan rəhmət diləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının açılış turunda “Qəbələ”nin qonağı olan ağdamlıların çalışdırıcısı 2:2 hesabı ilə başa çatan oyundan sonra matç haqqında fikirlərini bildirib:

 

“Düşünürəm ki, biz bu oyuna köklənə bilməmişdik. Son hadisələr hər birimizə təsir edir. Hesab edirəm ki, biz ən yaxşı formada olan komandaya qarşı oynadıq. “Qəbələ”nin Avropa Liqasında irəliləməsi xoşdur. Ümumi götürsək, oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar vardı. Məncə, çempionat üçün heyəti formalaşdırmaq  çətin olacaq. Bunun üçün zamana ehtiyac var”.

Xəbər lenti