7 Sentyabr 17:37 Hollandiya yığmasını 32 ildən sonra gözləyən təhlükə
FUTBOL xəbərləri 7 Sentyabr 17:37
1373 baxış

Hollandiya yığmasını 32 ildən sonra gözləyən təhlükə

Hollandiya yığması Avropa çempionatının final mərhələsindən kənarda qalmaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bununla “narıncılar”ın 32 illik uğurlu seriyası qırıla bilər.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Türkiyə millisinə böyük hesabla (0:3) məğlub olan Danni Blindin yetirmələri sona 2 tur qalmış qrupda 4-cü pilləyə yuvarlanıb. İslandiya və Çexiya yığmaları artıq final mərhələsinə vəsiqəni təmin etdiklərindən, hollandlar yalnız pley-offda oynamaq hüququ verən 3-cü pilləyə ümid edə bilərlər. Həmin yerdə qərarlaşan Türkiyə yığması isə “narıncılar”ı 2 xal qabaqlayır.

 

Əgər hollandlar final mərhələsinə yollana bilməsələr, 32 ildən sonra ilk dəfə azarkeşlərini məyus edəcəklər. Belə ki, bu yığma sonuncu dəfə 1984-cü ildə Avropa çempionatının final mərhələsindən kənarda qalıb.

 

Qeyd edək ki, Hollandiya millisi sonuncu dəfə böyük turniri 2002-ci ildə buraxıb. Həmin vaxt Lui van Qalın rəhbərlik etdiyi komanda dünya çempionatının final mərhələsindən kənarda qalmışdı.

Xəbər lenti