12 Oktyabr 01:05 Hollandiyada qapıçı şoku: İkisi birdən zədələndi
FUTBOL xəbərləri 12 Oktyabr 01:05
609 baxış

Hollandiyada qapıçı şoku: İkisi birdən zədələndi

Hollandiya millisinin və "Nyukasl"ın qapıçısı Tim Krul üçün mövsüm başa çatıb. Apasport.az saytının məluamtına görə, AÇ-nin final mərhələsinə getmək üçün pley-offa vəsiqə qazanmaq arzusunda olan Hollandiya yığmasında qapıçı şoku yaşanır.

 

Qazaxıstanla seçmə mərhələ oyununda (2:1) zədələnən Qasper Gilessen və Tim Krul heyətdən çıxarılıb.

 

Krulun formasını geyindiyi "Nyukasl"dan verilən açıqlamada bildirilib ki, qolkiper 8 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Bu iki qapıçının əvəzinə Hollandiya millisinə Martin Stekelenburq və Kennet Vermer cəlb olunub.

 

Hollandiya AÇ-nin seçmə mərhələsində pley-offa çıxmaq uğrunda Türkiyə ilə mübarizə aparır. "Narıncılar" qrupun son oyununu oktyabrın 13-də, evdə Çexiyaya qarşı keçirəcəklər.

Xəbər lenti