14 İyul 16:19 Hollandiyalı hücumçu rəsmən “Qarabağ”da
FUTBOL xəbərləri 14 İyul 16:19
5780 baxış

Hollandiyalı hücumçu rəsmən “Qarabağ”da

“Qarabağ” mövsümlərarası fasilədə növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu “Valensyenn”in hücumçusu Raydell Puponla münasibətləri rəsmiləşdirib.

 

Bir müddətdi Premyer Liqa çempionu ilə danışıq aparan 28 yaşlı forvard, nəhayət ki, bu gün Bakıya gəlib. Klubdan saytımıza verilən məlumata görə, rəhbərliklə son dəfə görüşən Pupon 2 illik müqaviləyə qol çəkib.

 

Bununla da Pupon “Qarabağ”ın yay fasiləsində 7-ci transferi olub. Ona qədər son çempion Azər Salahlı, Elvin Məmmədov, Coşqun Diniyev, Vüqar Mustafayev, Əlhərbi Əl-Jadeyaui və Elvin Yunuszadəni heyətinə cəlb etmişdi.

 

Qeyd edək ki, peşəkar karyerasına məşhur “Ayaks” klubunda başlayan Raydell Pupon daha sonra ölkəsi Hollandiyada müvafiq olaraq, “Villem II”, “Sparta”, “De Qrafşap”, “Den Haq” və “Breda”nın formasını geyinib. O, ötən il Fransa klubu “Valensyenn”ə keçərək, ilk dəfə legioner həyatı yaşayıb. Hollandiyanın U-21 millisinin sabiq üzvü “Qarabağ”a da məhz “Valensyenn”dən keçib.

Xəbər lenti