11 Avqust 10:43 İbekoyinin durumuna aydınlıq gəldi
FUTBOL xəbərləri 11 Avqust 10:43
459 baxış

İbekoyinin durumuna aydınlıq gəldi

“Zirə”nin yeni transferi Viktor İbekoyinin durumuna aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, debütantın aparıcı oyunçusunun vəziyyəti ürəkaçandı.

 

Topaz Premyer Liqasının ilk turunda vurduğu yeganə qolla AZAL üzərində qazanılan qələbənin memarı olan nigeriyalı yarımmüdafiəçi 71-ci dəqiqədə zədələnərək əvəzlənmişdi. Dünən tibbi müayinədən keçən 29 yaşlı oyunçunun zədəsinin ciddi olmadığı məlum olub. Bu isə o deməkdi ki, İbekoyinin “Kəpəz”lə II tur matçında oynamaması üçün heç bir səbəb yoxdu.

 

Qeyd edək ki, “Kəpəz” – “Zirə” matçı avqustun 16-da keçiriləcək.