13 Mart 17:40 İbrahim Uzunca: Getdikcə “Qarabağ”ın gücünü hiss etdik
FUTBOL xəbərləri 13 Mart 17:40
293 baxış

İbrahim Uzunca: Getdikcə “Qarabağ”ın gücünü hiss etdik

“Bu oyunda akademiyanın futbolçularına şans verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Ölkə Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bölüşən türkiyəli çalışdırıcı yetirmələrinin tərəfini saxlayıb: “İlk hissə istədiyimiz kimi alındı. Amma getdikcə “Qarabağ”ın gücünü hiss etdik. Məğlub olsaq da, futbolçularımı təbrik edirəm”. 

 

Qeyd edək ki, “Bakı” – “Qarabağ” matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Mənbə: pfl.az

Xəbər lenti