8 Sentyabr 17:25 İbrahimoviçin vəziyyətinə aydınlıq gəldi
FUTBOL xəbərləri 8 Sentyabr 17:25
859 baxış

İbrahimoviçin vəziyyətinə aydınlıq gəldi

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Avstriya ilə qarşılaşacaq İsveç yığmasında Zlatan İbrahimoviçin oynayıb-oynamayacağına aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, açıqlanan start heyətində “İbra”nın da adı var.

 

Yəni zədə ilə bağlı problemi olmayan 33 yaşlı forvard ilk dəqiqələrdən komandasına kömək edə biləcək. 

 

Qeyd edək ki, karyerası ərzində PSJ-dən öncə “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona” və “Milan” klublarının formasını geyinən İbrahimoviç 2001-ci ildən İsveç yığmasının şərəfini qoruyur. O, millinin heyətində 106 oyunda 56 qola imza atıb.  

Xəbər lenti