14 Avqust 09:34 İddialıların səfər sınağı
FUTBOL xəbərləri 14 Avqust 09:34
2943 baxış

İddialıların səfər sınağı

Sabah Topaz Premyer Liqasında II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları 3 gün ərzində keçiriləcək.

 

Avropa Liqasında mübarizəni davam etdirən təmsilçilərimiz – “Qarabağ” və “Qəbələ” ilk oyun günündə meydana çıxacaq. İlk turda bir-biri ilə qarşılaşıb məhsuldar heç-heçəylə (2:2) kifayətlənən rəqiblər səfər matçlarında qüvvəsini sınayacaq.

 

Ardıcıl 2-ci dəfə rəqib meydanında oynayacaq “Qarabağ” Premyer Liqaya qayıdan “Rəvan”la görüşəcək. Hərəyə 1 xalı olan komandaların duelində favorit olan ağdamlılar indiyədək rəqibinə uduzmayıb. Lakin Qurban Qurbanov çempionun bəzi oyunçularına avrokubok öncəsi istirahət verməsi də istisna deyil.

 

“Qəbələ” mövsümə məğlubiyyətlə başlayan AZAL-ın qonağı olacaq. Stadionunun ot örtüyündə yeniləmə işləri aparan “təyyarəçilər” ev oyununu başqa stadionda keçirəcək. Əyalət klubu vacib avrokubok matçı öncəsi qələbə əhval-ruhiyyəsində olmaq üçün qalib gəlməyə, bakılılar isə ilk xal üçün çalışacaq.

 

Ötən mövsüm I divizionda çıxış edən “Kəpəz” və “Zirə” ilk dəfə Premyer Liqada üz-üzə gələcək. Elitaya qayıtdıqdan sonra ilk ev matçına çıxacaq. Mövsümə qələbəylə başlayan debütant Gəncədə də qalib gəlmək əzmindədi. Qərblilər isə ilk qələbəsini əldə etmək üçün mübarizə aparacaq.

 

İlk turdan sonra liderliyi ələ alan “Xzəər Lənkəran” səfərdə qüvvəsini sınayacaq. Cənublular Sumqayıtda eyniadlı komandanı sınağa çəkəcək. Cənublular zirvədəki mövqeyini qorumaq üçün xal itirməməlidi.

 

Turun son günündə paytaxt derbisi baş tutacaq. Avrokuboklarda mübarizəni dayandıran “İnter”lə “Neftçi” “bankirlər”in stadionunda üz-üzə gələcək. İlk turda qol da vura bilməyən bakılılar azarkeşlərini sevindirmək üçün meydana çıxacaq. “Ağ-qaralar” ilk qələbə, meydan sahibləri isə ilk xal üçün mübarizə aparacaq.


II tur

15 avqust (şənbə)
 

21:00. “Rəvan” – “Qarabağ”
“Bayıl Arena”

 

21:00. AZAL – “Qəbələ”
“Dalğa Arena”

16 avqust (bazar)

18:30. “Kəpəz” – “Zirə”

Gəncə şəhər stadionu
 

21:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”


17 avqust (bazar ertəsi)

21:00. “İnter” – “Neftçi”

“İnter Arena”

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Xəzər Lənkəran

1

1

0

0

2-0

3

2

Zirə

1

1

0

0

1-0

3

3

Qarabağ

1

0

1

0

2-2

1

4

Qəbələ

1

0

1

0

2-2

1

5

Kəpəz

1

0

1

0

0-0

1

6

Neftçi

1

0

1

0

0-0

1

7

Rəvan

1

0

1

0

0-0

1

8

Sumqayıt

1

0

1

0

0-0

1

9

AZAL

1

0

0

1

0-1

0

10

İnter

1

0

0

1

0-2

0

 

Xəbər lenti