27 Oktyabr 10:28 II dövrə başlayır: “Neftçi” yenə uduzsa...
FUTBOL xəbərləri 27 Oktyabr 10:28
4607 baxış

II dövrə başlayır: “Neftçi” yenə uduzsa...

Sabah Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, X turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

 

Çempionatın lideri “Qəbələ” öz meydanında AZAL-ı qəbul edəcək. Son 5 matçda qol buraxmayan meydan sahibləri turnir cədvəlindəki mövqeyini qorumaq üçün qalib gəlməlidi. Uğursuz startdan sonra durumunu sabitləşdirən “təyyarəçilər” isə qollu seriyasını davam etdirmək əzmindədi. Son 4 matçda meydanı qolsuz tərk etməyən bakılılar sonuncu pillədən bir az da uzaqlaşmaq üçün xal əldə etməlidi.

 

Lənkəranda turnir cədvəlində qonşu olan iki komanda üz-üzə gələcək. “Xəzər Lənkəran” 1 xal qabaqladığı “Sumqayıt”ı sınağa çəkəcək. İlk qələbəsini ötən tur qazanan “Gənclik şəhəri” təmsilçisi növbəti irəliləyiş üçün qalib gəlməlidi. Son 4 matçda qol sevinci yaşayan qonaqlar kimi, “Xəzər Lənkəran” da mövqeyini yaxşılaşdırmaq üçün qalib gəlməyə borcludu. 8 turdu qapısında qol görən cənublular uğursuz seriyanı dayandırmaq niyyətindədi.

 

Turnir cədvəlinin ilk yarısında qonşu olan “Kəpəz”lə “Zirə” sonuncuların meydanında üz-üzə gələcək. Ardıcıl 3 qələbə ilə liderlərə yaxınlaşan Gəncə klubu debütantı keçmək üçün seriyasını 4-ə çatdırmalıdı. Uğurlu startdan sonra 2 oyunda xal itirən debütant isə doğma divarlar amilindən yararlanmağa çalışacaq. Öz meydanında məğlubiyyət acısı yaşamayan zirəlilər qalib gəlsələr, doğma meydanda qələbə seriyasını 3-ə çatdıracaq.

 

Turun mərkəzi oyununda “Neftçi” “İnter”i qəbul edəcək. Liderlərin büdrəməsini gözləyib, ilk “üçlük”dəki durumunu yaxşılaşdırmaq iddiasında olan “bankirlər” ölkənin ən titullu klubunu növbəti dəfə məğlub etməyə çalışacaq. Ardıcıl 3 məğlubiyyətlə tarixinin antirekordunu təkrarlayan “ağ-qaralar” “qara zolaq”dan çıxmaq üçün mübarizə aparacaq. Nəzəri cəhətdən daha 3 pillə geriləməsi mümkün olan “Neftçi” sindromu qırmaqla yanaşı, ardıcıl 8 oyunda qol buraxmasına son qoymalıdı.

 

Son çempion “Qarabağ” autsayderlə görüşəcək. Qələbə nə olduğunu bilməyən “Rəvan” son 6 qarşılaşmada xala da həsrət qalıb. Ağdamlılar 4 matçdı qol da vurmayan rəqiblə görüşə liderliyi qaytarmaq iddiası ilə çıxacaq. Əvvəl Avropa Liqası, ardınca Topaz Premyer Liqasında ardıcıl 2 məğlubiyyət alan əyalət klubu azarkeşlərini sevindirmək üçün autsayderə mümkün qədər çox qol vurmalıdı. Çünki “Qəbələ” xal itirməsə, ağdamlılar daha yaxşı top fərqinə nail olmaqla da zirvəyə yüksələ bilər.

 

Topaz Premyer Liqası
X tur
28 oktyabr (çərşənbə)

 

17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”

I dövrədəki oyun: 1:1
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Zirə” – “Kəpəz”
I dövrədəki oyun: 1:1
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – AZAL
I dövrədəki oyun: 2:0
Qəbələ şəhər stadionu

 

19:00. “Neftçi” – “İnter”
I dövrədəki oyun: 0:1
8-ci km qəsəbə stadionu

 

19:00. “Qarabağ” – “Rəvan”
I dövrədəki oyun: 2:1
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

9

6

2

1

17-4

20

2

Qarabağ

9

6

2

1

17-8

20

3

İnter

9

5

2

2

8-6

17

4

Zirə 

9

4

 4

 1

8-6

16

5

Kəpəz

9

4

2

3

10-7

14

6

Neftçi

9

2

3

4

8-10

9

7

Xəzər L 

9

2

3

4

8-13

9

8

Sumqayıt 

9

1

5

3

6-9

8

9

AZAL 

9

2

1

6

5-12

7

10

Rəvan 

9

0

2

7

4-16

2

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) - 5

Xəbər lenti