30 İyul 08:55 İker Kasilyas: Özümü evimdəki kimi hiss edirəm
FUTBOL xəbərləri 30 İyul 08:55
583 baxış

İker Kasilyas: Özümü evimdəki kimi hiss edirəm

“Porto”ya keçən Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyas Portuqaliyada üzləşdiyi azarkeş dəstəyindən təəccüblənib. Apasport.az saytı xəbər verir ki, 34 yaşlı qolkiper bu cür vəziyyətlə üzləşəcəyini gözləmədiyini etiraf edib.

 

Kasilyas qeyd edib ki, Portuqaliyada özünü evindəki kimi hiss edir: “Mənə göstərdikləri sevgiyə görə azarkeşlərə minnətdaram. Eyni sözləri klubun bütün üzvlərinə də aid edirəm. Burda özümü evimdəki kimi hiss edirəm. Azarkeş sevgisi mənim üçün ən böyük mükafatdı. Bu hər idmançıya müəssər olmur”.

 

Qeyd edək ki, “Real”ın yetirməsi olan Kasilyas 1999-2015-ci illər ərzində “kral klubu”nun heyətində 725 oyun keçirib. 

Xəbər lenti