9 İyul 22:54 “İki oyunda da 10 nəfərlə oynamaq çətindi” – “Dinamo”nun baş məşqçisi
FUTBOL xəbərləri 9 İyul 22:54
988 baxış

“İki oyunda da 10 nəfərlə oynamaq çətindi” – “Dinamo”nun baş məşqçisi

“İlk növbədə “Qəbələ”ni təbrik etmək istəyirik. Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşmasında “Qəbələ”yə məğlub olan (0:2)  Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Georgi Geguçadze deyib.

 

Gürcü mütəxəssis artıq hər şeyin geridə qaldığını qeyd edib:

 

“İki görüşdə də əks-hücumda oynayıb qələbə qazanmağa çalışdıq. İndiyə qədər heç vaxt hakimin idarəçilyinə şərh verməmişəm. Bu dəfə də elə edəcəm. Çünki baş verənlər artıq arxada qalıb”.

Xəbər lenti