6 Sentyabr 23:41 “İki səhv etdik, onda da qol buraxdıq” – Rəşad Sadıqov
FUTBOL xəbərləri 6 Sentyabr 23:41
4442 baxış

“İki səhv etdik, onda da qol buraxdıq” – Rəşad Sadıqov

“Çox təəssuflənirik. İki səhv etdik, onda da qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə oyundan sonra (2:2) açıqlama verən müdafiəçi matç haqqında fikirlərini bildirib:

 

“Qələbə qazanmağa çox yaxın idik. 2 xal itirdik. 4 oyunda 8 xal super olardı, amma 6 xal da pis deyil. Çox heyf”.

Xəbər lenti