6 Sentyabr 23:59 “İki xal itirdik” – Elxan Məmmədov
FUTBOL xəbərləri 6 Sentyabr 23:59
4298 baxış

“İki xal itirdik” – Elxan Məmmədov

“Təbii ki, bu oyunda 2 xal itirdik. Komanda çox yaxşı oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA baş katibi Elxan Məmmədov deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə oyundan sonra (2:2) jurnalistlərə açıqlama verən baş katib oyun haqqında fikirlərini bölüşüb:

 

“Malta yığmasının cəmi iki imkanı oldu, onda da iki qol vurdular. Baxmayaraq ki, komanda bir anda yenik vəziyyətə düşdü, ancaq özlərində güc taparaq yenidən vəziyyəti bərabərləşdirə bildilər. Bir də qeyd eləmək istəyirəm ki, Bakıda 2:0 udmağımıza, burada bərabərə qalmağımıza baxmayaraq, milli komanda indi daha yaxşı futbol oynadı”.

 

- İkinci hissənin ilk 10-15 dəqiqəsində sanki komandada bir durğunluq var idi, bu nə ilə bağlıdı? Yorğunluq sizin də diqqətinizi çəkdimi?

- Təbii ki, yorğunluq olacaqdı. 3 gün ərzində 2 oyun oynadıq, ancaq unutmayaq ki, Malta da eyni qaydada həm səfər, həm də evdə oynadı. Ancaq unutmayaq ki, evdə oynamasına baxmayaraq Malta oyuna 1 xal üçün çıxmışdı. Onlar üçün bu bir xal qazanc, bizim üçün isə iki xal itki oldu.

 

- Prosineçkinin rəhbərliyi altında 4 rəsmi oyunda 6 xal toplamışıq. Bu sizin fikrinizcə növbəti tsiklda final mərhələsi uğrunda oynamağa ümid verə bilərmi?

-Növbəti tsikl dünya çempionatı olacaq, bilirsiniz orda bir az vəziyyət çətindi, şərtlər fərqlidi. Orda birinci yer tutan komanda birbaşa gedir, ikinci yer tutan isə pley-off oynamalıdı. Avropada isə ilk iki komanda birbaşa gedir, üçüncü komanda isə pley-off oynayır. Yəni Avropa çempionatına vəsiqə qazanmaq daha asandı. Prosineçki üçün isə 4 oyun uğurlu oyunlar oldu. Bu oyunlarda qazanılmış 6 xal müsbət məqamdı. 

Xəbər lenti