13 Avqust 16:15 İkinci dəfə Bakıda
FUTBOL xəbərləri 13 Avqust 16:15
556 baxış

İkinci dəfə Bakıda

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) qarşılaşmasını idarə edəcək Andre Marriner ikinci dəfə Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, ingiltərəli referi yığmamızın ev matçında da fit çalıb.

 

2009-cu ildən FİFA referisi olan 44 yaşlı ədalət təmsilçisi UEFA-nın hakimlər üçün 1-ci kateqoriyasına daxildi. 2013-cü il martın 26-da AVRO-2014-ün seçmə mərhələsinin Azərbaycan – Portuqaliya qarşılaşmasını da Marriner idarə etmişdi.

 

Qonaqların 2:0 hesabı ilə qalib gəldiyi oyunda yığmamızı 4 sarı və 1 qırmızı vərəqə ilə cəzalandıran hakim pireneyliləri 1 dəfə sarı vərəqə göstərmişdi.

 

Marrinerin hakimliyə gəlişi maraqlı olub. O, 1992-ci ildə həvəskarların oyununu izləməyə gedib. Qarşılaşmanın hakimi matça gəlmədiyindən komandalar çətin vəziyyətdə qalıb.

 

Tərəflər oyunu idarə etməyi Marrinerə təklif edib və ona 10 funt sterlinq qonorar verib. Bundan həvəslənən 19 yaşlı gənc hakimlik kurslarına yazılıb. 2005-ci ildə isə Marriner İngiltərə Premyer Liqasında debüt edib.

 

Qeyd edək ki, Bakıda keçiriləcək “Qəbələ” – “Panatinaikos” oyununda yan xətt hakimləri Simon Bennett və Li Betts, dördüncü hakim isə Robert Madli olacaq.

 

Xəbər lenti