24 İyul 17:31 İkisi ilə ilk, Kiprlə 3-cü duel
FUTBOL xəbərləri 24 İyul 17:31
660 baxış

İkisi ilə ilk, Kiprlə 3-cü duel

Avrokubokların III təsnifat mərhələsində Azərbaycan klubları üçün daha iki ilk rəsmiləşəcək. Apasport.az saytının məlumatına görə, klublarımızdan ikisinin rəqibi heç vaxt qarşılaşmadığımız ölkələri təmsil edir.

 

Belə ki, qitə miqyaslı turnirlərdəki 21 illik çıxışlarımız ərzində ilk dəfə İspaniya və Şotlandiya təmsilçiləri ilə görüşəcəyik.

 

“Qarabağ” Şotlandiya “Seltik”i ilə Çempionlar Liqasında üz-üzə gələcək. “İnter” isə Avropa Liqasında İspaniya “Atletik”i ilə görüşəcək. Hər iki duel ölkə təmsilçiləri ilə birinci qarşılaşmalarımız olacaq.

 

Avropa Liqasındakı digər klubumuz “Qəbələ” isə Kipr təmsilçiləri ilə 3-cü duelimizi rəsmiləşdirəcək. “Qırmızı-qaralar”ın “Apollon”la matçına qədər yalnız APOEL və “Neftçi” üz-üzə gəlib. Bu komandalar iki fərqli il və müxtəlif turnirdə görüşübl.

 

1995/96 mövsümündə Kuboklar kubokunda kiprlilər üstün olubsa (3:0, 0:0), 2012/13 mövsümündə Avropa Liqasının pley-offunda “Neftçi” sevinib – 1:1, 3:1

Xəbər lenti