15 Avqust 00:37 “İlk dəfədi ki, atamın başçılığı altında oynayıram” – Kərim Diniyev
FUTBOL xəbərləri 15 Avqust 00:37
4866 baxış

“İlk dəfədi ki, atamın başçılığı altında oynayıram” – Kərim Diniyev

“Bütün komanda inanır ki, ilk ev oyunumuzda tribunalara xeyli azarkeş toplaşacaq. Fanatların stadionu dolduracağına və bizə dəstək olacaqlarına ümidimiz böyükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyev deyib.

 

Topaz Premyer Liqasının II turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz”in futbolçusu klubun mətbuat xidmətinə qarşılaşma haqqındakı fikirlərini bildirib:

 

“Yerli azarkeşlər önündə ilk sınaqdan üzüağ çıxmağa çalışacağıq. Azarkeşləri sevindirməyə səy göstərəcəyik, hamını oyuna dəvət edirəm”. 

 

Gənc yarımmüdafiəçi uğura aparan yolda azarkeşlərin həm də böyük qüvvə olduğunu bildirib:

 

“Komandanın qələbə qazanmasında onların da böyük rolu var. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Fanatların dəstəyi sayəsində oyunlara daha yaxşı motivasiya olunuruq, meydana uğur qazanmaq üçün çıxırıq”.

 

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev vaxtilə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyub. İndi onun oğlu Kərim də eyni yolu tutub. Ata-oğul “sarı-göylər”in uğuru üçün birlikdə çalışır:

 

“Belə bir köklü, titullu komandanın heyətində olduğum üçün fəxr edirəm, sevinc hissi keçirirəm. İlk dəfədi ki, atamın başçılığı altında peşəkar səviyyədə oynayıram. Düzdü, vaxtilə “Terek”in əvəzedici heyətində çıxış etmişəm. Amma əsas komandada bu ilkdir”.

Xəbər lenti