27 Avqust 23:02 İlk ev qələbəsi, ilk darmadağın, iki qələbə!
FUTBOL xəbərləri 27 Avqust 23:02
943 baxış

İlk ev qələbəsi, ilk darmadağın, iki qələbə!

Ağdamın “Qarabağ” klubu avrokuboklarda daha 4 ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la (İsveçrə) cavab oyununda 3:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Azərbaycan klublarının bunadək bacarmadıqlarına imza atıb.

 

Pley-offda ilk ev qələbəsi

 

Bunadək pley-off mərhələsində çxış edən Azərbaycan klubları ev oyunlarında qələbə qazana bilməmişdi. “Qarabağ” 4, “Neftçi” 2, “Qəbələ” və “Bakı” hərəyə 1 dəfə bu raundda mübarizə aparsa da əvvəlki 8 ev qarşılaşmasında azarkeşlərimiz qələbə görməmişdi.

 

Pley-offda ilk darmadağın

 

Pley-offda Azərbaycan klubları indiyədək 2 qələbə qazanmışdı. 3 il əvvəl “Neftçi” Kiprdə APOEL-i 3:1, ötən həftə “Qarabağ” İsveçrədə “Yanq Boyz”u 1:0 hesabı ilə məğlub etmişdi. Bu qələbələrin heç biri böyükhesablı olmadığından Tofiq Bəhramov adına Respublika stadionundakı darmadağın bu mərhələdə ilk belə nəticə olub.

 

Pley-offda iki qələbə

 

“Qarabağ” hər iki oyunda “Yanq Boyz”a qalib gəlib ki, pley-offda belə uğurumuz olmayıb. Cari mövsümədək yeganə uğurun müəllifi “Neftçi” kiprliləri bir oyunda məğlub edib. Digərində heç-heçəyə nail olmuşdu.

 

İkinci dəfə qrupda

 

“Qarabağ” həm 2 dəfə, həm də ardıcıl ikinci dəfə Avropa Liqasının qrupuna düşən ilk Azərbaycan klubudu. Ağdamlılar 2014/15 mövsümündə də pley-offu adlayaraq qrupa düşmüşdü. Bu mərhələdə oynayan digər komanda “Neftçi” qrupdakı ilk təmsilçimiz kimi tarixə düşsə də, buna 1 dəfə - 2012/13 mövsümündə nail olub.

 

Xatırladaq ki, “Qarabağ” ilk səfər xalının, Kuboklar Kubokunda yeganə səfər xalının, Kuboklar Kubokunda yeganə qolun, ilk səfər qələbəsinin, ilk dublun, qrupda ilk qələbənin, səfərdə ilk böyük hesablı qələbənin, Çempionlar Liqasının III təsnifat mərhələsində ilk qələbənin və Çempionlar Liqasında ən böyük hesablı qələbənin də müəllifidi.

 

Ağdam klubu avrokuboklarda ilk mərhələ adlayan komanda olmaqla yanaşı, Avropa Liqasında ilk mərhələ və ilk dəfə 3 mərhələ keçməyi bacarıb.

 

Xəbər lenti