9 Avqust 22:43 “İlk turda uduzmaq xoşagələn hal deyil” – Tərlan Əhmədov
FUTBOL xəbərləri 9 Avqust 22:43
626 baxış

“İlk turda uduzmaq xoşagələn hal deyil” – Tərlan Əhmədov

“Oyunun çətin keçəcəyini bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının açılş turunda “Zirə”yə məğlub olan (0:1) “təyyarəçilər”in baş məşqçisi məğlubiyyətə baxmayaraq komandasından razı qaldığını bildirib:

 

“Rəqibi tanımırdım. Sadəcə, ötən il AZAL-da oynayıb, indi “Zirə”də çıxış edən futbolçulara bələd idim. Düşünürəm ki, iki fərqli hissə izlədik. İkinci hissədə qol epizodları yaratdıq.  Lakin məğlub olduq. İlk turda uduzmaq xoşagələn hal deyil. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Yeni komanda qurmuşuq. Düşünürəm ki, potensialımız var.”

Xəbər lenti