28 İyun 22:03 İlkay Gündoğan karyerası haqqında son qərarı verdi
FUTBOL xəbərləri 28 İyun 22:03
1119 baxış

İlkay Gündoğan karyerası haqqında son qərarı verdi

Almaniya millisi və “Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğan komandasında qalacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

 

İddiaya görə, Dortmund təmsilçisinin yeni baş məşqçisi Tomas Tuşel türk əsilli futbolçu ilə görüşərək 2016-cı ilin 31 iyununda bitəcək müqaviləsini daha bir il müddətində uzatmasına razı salıb.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2011-ci ildən “Borussiya”da çıxış edir.

 

Əlavə olaraq bildirək ki, İlkay ilə “Barselona”, “Bavariya” və PSJ klubları yaxından maraqlanırdı.

Xəbər lenti