21 Sentyabr 00:06 “İndiki məqamda səhvin kimdə olduğunu demək çətindi” – “Neftçi”nin qapıçısı
FUTBOL xəbərləri 21 Sentyabr 00:06
712 baxış

“İndiki məqamda səhvin kimdə olduğunu demək çətindi” – “Neftçi”nin qapıçısı

“Neftçi”nin heyətində debüt edən yeni qapıçı Miçal Peskoviç “Xəzər Lənkəran”la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. O, buraxdığı qoldan, eləcə də mərkəzi matçın ab-havasından danışıb.

 

- Debütünüz sizin üçün nə ilə yadda qaldı?

- Bu, “Neftçi”də ilk oyunum idi. Qələbə qazanmaq istəyirdik. Buna layiq idik. Amma sonda 1 xalla kifayətləndik. Buna görə təəssüflənirəm. “Xəzər Lənkəran”dan daha yaxşı çıxış etdik. Heyf ki, ikinci qolu vura bilmədik.

 

- Buraxdığınız qol zamanı kobud səhvə yol verdiniz. Topun istiqamətini müəyyənləşdirə bilmədiniz, yoxsa müdafiəçi sizi yanıltdı?

- İndiki məqamda səhvin kimdə olduğunu demək çətindi. Oyunun videoyazısına baxdıqdan sonra fikir yürütmək olar. Topun istiqamətini müəyyənləşdirmişdim. Amma komanda yoldaşım Melli başla zərbə vurmağa hazırlaşsa da, son anda o bunu etmədi. Buna görə də yanıldım və topu tuta bilmədim.

 

- İlk dəfə iştirakçısı olduğunuz Premyer Liqa hakimləri sizdə hansı fikir formalaşdırdı?

- Hakimlə bağlı danışmağım düzgün deyil. Amma bir məsələni deyim ki, ikinci hissədə qonaq komandanın futbolçuları oyunu 10-15 dəqiqə yubatdılar. Bunun qarşısını almaq olardı.

 

- Bu matçı mərkəzi oyun adlandırırlar. Siz ab-havadan bunu hiss etdinizmi?

- Bu haqda eşitmişdim. Xüsusilə də azarkeşlər üçün oyunun əhəmiyyətini anlayırdım. Bunu demişdilər. Azarkeş marağından da bunu sezmək mümkün idi. Çünki əvvəlki oyunlarla müqayisədə bu dəfə azarkeş marağı böyük idi. 

Xəbər lenti