10 Avqust 08:05 İngilislər də yığmamızla bacarmadı
FUTBOL xəbərləri 10 Avqust 08:05
629 baxış

İngilislər də yığmamızla bacarmadı

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz İngiltərə yığmasını 6:5 hesabı ilə məğlub edib.

 

Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev, Orxan Məmmədov, Elçin Qasımov və Ramil Əliyev fərqləniblər.

 

Qeyd edək ki, yığmamız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya millisinə 6:2, avqustun 8-də isə Moldova komandasına 4:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər lenti