11 Avqust 00:52 İngiltərə Premyer Liqası: İlk turun bütün nəticələri - YENİLƏNİB
FUTBOL xəbərləri 11 Avqust 00:52
10469 baxış

İngiltərə Premyer Liqası: İlk turun bütün nəticələri - YENİLƏNİB

İngiltərə Premyer Liqasında 2015/16 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk turda maraqlı nəticələr qeydə alınıb.

 

Mövsümün ilk oyununu həm də turun mərkəzi matçı hesab etmək olardı. Bu görüşdə “Mançester Yunayted” öz meydanında “Tottenhem”i 1 qolla üstələyib.

 

Son çempion “Çelsi” evdə “Suonsi”nin müqavimətini qıra bilməyib və 1 xalla kifayətlənib.

 

"Arsenal" gözlənilmədən doğma arenasında "Vest hem"ə məğlub olubsa, "Liverpul" "Stok Siti" səfərindən 3 xalla dönüb.

 

İlk tura  "Vest Bromviç" - "Mançester Siti" oyunu ilə yekun vurulub. "Şəhərlilər" səfərdə oynamaqlarına baxmayaraq, 3 cavabsız qolla rahat qələbə qazanıblar.

 

İngiltərə Premyer Liqası

2015/16 mövsümü

I tur

 

8 avqust

 

“Mançester Yunayted” – “Tottenhem” - 1:0

Qol: Uolker, 22 (avtoqol)

 

“Bornmut” – “Aston Villa” - 0:0

 

“Everton” – “Uatford” - 2:2

Qol: Barkli, 76, Kone, 86 - Layun, 14, İqalo, 83

 

“Lester” – “Sanderlend” - 4:2

Qol: Vardi, 11, Mahrez, 18, 25, Albrayton, 65 - Defo, 61, Fletçer, 71

 

“Norviç” – “Kristal Palas” - 1:3

Qol: Redmond, 69 - Zaha, 39, Delani, 49, Kabaye, 90+4

 

“Çelsi” – “Suonsi” - 2:2

Qol: Oskar, 22, Villian, 30 - Ayu, 29, Qomis, 55 (pen.)

 

9 avqust

 

“Arsenal” – “Vest Hem” - 0:2

Qol: Kuyat, 43, Zarate, 57

 

“Nyukasl” – “Sauthempton” - 2:2

Qol: P. Sisse, 42, Viynaldum, 48 - Pelle, 25, Lonq, 79

 

“Stok Siti” – “Liverpul” - 0:1

Qol: Koutinyo, 86

 

11 avqust

 

“Vest Bromviç” – “Mançester Siti” - 0:3

Qol: Yaya Ture, 9, 24, Kompani, 59

Xəbər lenti