27 Avqust 11:58 İnnosent Emeqara “Yanq Boyz”un şansını dəyərləndirdi: 30 faiz...
FUTBOL xəbərləri 27 Avqust 11:58
5164 baxış

İnnosent Emeqara “Yanq Boyz”un şansını dəyərləndirdi: 30 faiz...

“Yanq Boyz”un mərhələ keçmək şansı 30 faizdi. Bunu gerçəkləşdirmək üçün komanda meydanda döyüşməlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu İnnosent Emeqara deyib.

 

Hazırda ABŞ-ın “San-Xose” klubunda çıxış edən 26 yaşlı hücumçu əslən nigeriyalı olsa da, İsveçrə millilərinin formasını geyinib. Bu üzdən “Qarabağ”ı ən yaxşı tanıyan isveçrəli kimi qələmə verilən Emeqara Avropa Liqasının bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunu öncəsi “Yanq Boyz”un şanslarını dəyərləndirib.

 

2014/15 mövsümünün gedişində ustalığını “Qarabağ”da da nümayiş etdirən forvard Ağdam klubunu İsveçrə təmsilçisi ilə duelin favoriti sayır: “Qarabağ” təxminən 3 ildi eyni heyətlə mübarizə aparır. Ağdam təmsilçisinin oturuşmuş heyəti var. Futbolçuların bəziləri hətta bir yerdə böyüyüb, inkişaf edib. “Qarabağ” çox yüksək səviyyəli komandadı. Bu klubun baş məşqçisi Qurban Qurbanov isə ölkəsində tanınmış simadı. O, futbolçularını heç vaxt təzyiq altında saxlamır. İlk oyunun nəticəsinə gəlincə, mən belə düşünürəm ki, “Yanq Boyz” belə güclü rəqibi lazımınca dəyərləndirməyib”.

 

Qeyd edək ki, ötən ilin payızında ölkəmizə gələn hücumçu qısa müddətdə Premyer Liqada 7 oyuna 4 qol vurub.

Xəbər lenti