7 Oktyabr 10:31 İnsinyenin əvəzinə Azərbaycana hansı futbolçu gələcək?
FUTBOL xəbərləri 7 Oktyabr 10:31
665 baxış

İnsinyenin əvəzinə Azərbaycana hansı futbolçu gələcək?

İtaliya yığmasının yarımmüdafiəçisi Lorenzo İnsinyenin ölkəmizə gəlib-gəlməyəcəyi hələ də sual altındadı. Apasport.az saytının yerli mətbuata istinadən məlumata görə, “Napoli”nin üzvü Avro-2016-nın seçmə mərhələsində Azərbaycana qarşı matçı buraxa bilər.

 

Hələ yığmanın düşərgəsinə gələrkən dizində zədəsi olan İnsinye dünən də ağrılar hiss etdiyi üçün məşqi buraxıb. Millinin həkimi Enriko Kastellatsi isə oyunçu ilə bağlı yekun qərarın ən geci sabahkı məşqdən sonra veriləcəyini açıqlayıb: “İnsinye dünən də dizində ağrılar hiss etdi. Düzdü, ciddi bir problemi yoxdu. Ancaq yenə də bu gün və ya sabahkı məşqdən sonra onun taleyinə aydınlıq gələcək”.

 

İnsinye heyətdən çıxarılarsa, onu kimin əvəz edəcəyi də artıq bəllidi. Baş məşqçi Antonio Konte “Napoli”nin üzvünü “Roma”nın orta sahə oyunçusu Daniele de Rossi ilə əvəzləməyi planlaşdırır.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər lenti