25 İyul 16:49 “İnter” “Aberdin”ə şərikdi
FUTBOL xəbərləri 25 İyul 16:49
972 baxış

“İnter” “Aberdin”ə şərikdi

Bakının “İnter” klubu cari mövsüm avrokuboklarda ən çox heç-heçə edən iki komandadan biridir. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında keçirdiyi 4 qarşılaşmadan 3-də bərabərliklə kifayətlənən paytaxt təmsilçisi ilə eyni nəticəyə Şotlandiya “Aberdin”i də imza atıb.

 

Belə ki, britaniyalılar da “İnter” kimi 4 oyunda 1 qələbə qazanıb, 3 heç-heçə edib.

 

Qeyd edək ki, təmsilçimiz Albaniya “Laçi”si (1:1, 0:0) və İslandiya “Hafnarfyordur”u (2:1, 2:2) ilə qarşılaşıb.

 

Xəbər lenti