3 İyun 11:34 “İnter” Avropa Liqasına yerli məşqçi ilə yollanır?
FUTBOL xəbərləri 3 İyun 11:34
1059 baxış

“İnter” Avropa Liqasına yerli məşqçi ilə yollanır?

Maliyyə böhranı ilə üzləşən “İnter”in Avropa Liqasına hansı baş məşqçi ilə gedəcəyi hələ də müəyyənləşməyib. Apasport.az saytı xəbər verir ki, Kaxaber Sxadadzenin gedişindən sonra onun postunu kimin tutacağı bilinmir.

 

Mətbuatda “Simurq”un çalışdırıcısı Georgi Çixradzenin adı “İnter”lə birgə hallansa da, bu variant baş tutmaya bilər. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, “İnter”in Avrokubok oyunlarına yerli məşqçinin rəhbərliyi altında çıxacağı daha inandırıcıdı.

 

Belə ki, rəhbərlik əsas komandanı əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev və onun köməkçisi Elşad Quliyevə həvalə etməyi düşünür. Əliyevdən fərqli, Quliyev PRO kateqoriyalı məşqçi lisenziyasına sahibdi.

 

“İnter”in maddi vəziyyətində də yaxşılığa doğru irəliləyiş yoxdu. Futbolçular və klubun işçiləri son 3 ayın maaşını hələ də ala bilməyiblər. Çıxış yolunu axtaran rəhbərlik işçiləri məzuniyyətə buraxıb.

 

Xəbər lenti