6 Oktyabr 18:28 “İnter” futbolçusunu milliyə buraxmaq istəmir
FUTBOL xəbərləri 6 Oktyabr 18:28
958 baxış

“İnter” futbolçusunu milliyə buraxmaq istəmir

"İnter"lə Monteneqro millisi arasında narazılıq yaranıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, narazılığın yaranmasına səbəb "İnter"də çıxış edən Monteneqro millisinin üzvü Stevan Yovetiçdi.

 

Belə ki, mövsümün əvvəlində "İnter"ə qoşulan və özünü yaxşı tərəfdən göstərən hücumçu, A seriyasının son turunda "Sampdoriya"yla oyunda zədələnib.

 

Buna baxmayaraq, Monteneqro millisi 25 yaşlı futbolçuya AÇ-2016-nın qarşıdakı Avstriya və Rusiya ilə oyunlarına dəvət göndərib. Monteneqrolular zədəli futbolçunu ruslar və avstriyalılarla matça ağrıkəsici iynələrlə çıxarmaq fikrindədilər. Buna səbəb, qrupda ikinci pilləni tutmaq şansını davam etdirən Monteneqro millisinin nəyin bahasına olursa olsun, Rusiya və Avstriya milliləriylə oyunlarda 3 xal qazanmaq arzusunda olmasıdı.

 

Ancaq Yovetiçin həmyerlilərinin bu arzusu futbolçunun formasını geyindiyi "İnter" tərəfindən kəskin etirazla qarşılanıb. Milan təmsilçisi yüngül zədəsi olan Yovetiçin millinin heyətində meydana çıxaraq, vəziyyətini daha da ağırlaşdıracağından narahatdı.

Xəbər lenti