31 Avqust 09:37 “İnter” Gürcüstan klubu ilə qarşılaşacaq
FUTBOL xəbərləri 31 Avqust 09:37
744 baxış

“İnter” Gürcüstan klubu ilə qarşılaşacaq

Milli komandamızın seçmə mərhələ oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “İnter” ölkə xaricinə yollanıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” təlim-məşq toplanışı üçün Gürcüstana gedib.

 

Paytaxt klubu sentyabrın 6-na qədər qonşu ölkədə hazırlıq keçəcək. Komanda səfərə milli komandalara çağırılan Səlahət Ağayev, Rauf Əliyev, Zurab Xizanişvili və Nika Kvekveskirisiz yollanıb. Toplanış müddətində ən azı bir yoxlama görüşünün keçirilməsi planlaşdırılır. Yerli “Dila” klubu ilə artıq ilkin razılıq da əldə olunub. Hər hansı bir problem yaranmasa, baş məşqçi Zaur Svanadze sentyabrın 5-də Qori təmsilçisi ilə yoxlama görüşündə yetirmələrini sınaqdan keçirəcək.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının ilk 3 turunda 4 xal toplayan “İnter” növbəti matçını sentyabrın 13-də “Qəbələ”yə qarşı keçirəcək.

Xəbər lenti