14 İyul 10:52 “İnter” ispan futbolçusunu İslandiyaya aparmır
FUTBOL xəbərləri 14 İyul 10:52
950 baxış

“İnter” ispan futbolçusunu İslandiyaya aparmır

“İnter” Avropa Liqasının II təsnifat mərhələsinin “Hafnarfyordur”la ilk oyunu üçün bu gün İslandiyaya yola düşəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər” səfərdə oyun öncəsi iki məşq keçəcəklər.

 

Baş məşqçi Zaur Svanadze komandanı bu gün Bakı vaxtı ilə saat 00:00-da məşqə çıxaracaq. Sabah isə oyun öncəsi son məşq baş tutacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 23:45-də Svanadzenin mətbuat konfransı olacaq. Yarım saat sonra isə komandamız ilk 15 dəqiqəsi mətbuata açıq olmaqla son məşqinə çıxacaq.

 

“İnter” İslandiyaya 26 futbolçu ilə yollanacaq. Klubun meneceri Aleksey Barvinski saytımıza açıqlamasında “bankirlər”lə yeni 6 aylıq müqavilə imzalayan İvan Benitesin Bakıda qalacağını bildirib: “Benitesin adını “Hafnarfyordur”la oyunlar üçün iştirak ərizəsinə salacağıq. Lakin o, Hafnarfyordura aparılmayacaq. İspaniyalı müdafiəçi Bakıdakı cavab matçında komandamıza kömək edə biləcək”.

 

Qeyd edək ki, “Hafnarfyordur” – “İnter” oyunu iyulun 16-da keçiriləcək, Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

Xəbər lenti