18 Sentyabr 12:59 “İnter” kolumbiyalı futbolçuya yeni müqavilə təklif etdi
FUTBOL xəbərləri 18 Sentyabr 12:59
692 baxış

“İnter” kolumbiyalı futbolçuya yeni müqavilə təklif etdi

İtaliyanın “İnter” klubu aparıcı oyunçularından olan Freddi Quarinlə yeni müqavilə imzalamaq niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, milanlılar kolumbiyalı yarımmüdafiəçi ilə danışığa artıq start veriblər.

 

Yeni sözləşmənin müddəti 2019-cu ilə kimi nəzərdə tutulacaq. Quarin bu sazişə qol çəkəndən sonra “neradzurra”da ilinə 3 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, Quarin “İnter”ə 2012-ci ildə “Porto”dan transfer olunub. 

Xəbər lenti