9 İyun 23:23 “İnter” serb futbolçu ilə maraqlanır
FUTBOL xəbərləri 9 İyun 23:23
794 baxış

“İnter” serb futbolçu ilə maraqlanır

İtaliyanın “İnter” klubu “Mançester Siti”nin serbiyalı futbolçusu Aleksandr Kolarovu transfer etməyə yaxındı. Apasport.az saytının “SKY İtalia”ya istinadən verdiyi məlumata görə, bu gün milanlıların idman direktoru Piero Auzilyo Milanda 29 yaşlı futbolçunun agenti ilə görüşüb.

 

Qeyd edək ki, Kolarovun “Mançester Siti” ilə 2018-ci ilə kimi müqaviləsi var.

 

Bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyunda meydana çıxan Kolarov 2 qol vurub, komanda yoldaşlarına isə 3 məhsuldar ötürmə verib.