27 İyun 21:41 “İnter” slovakiyalı futbolçu transfer edir
FUTBOL xəbərləri 27 İyun 21:41
1193 baxış

“İnter” slovakiyalı futbolçu transfer edir

Polşanın “Legiya” klubunun futbolçusu Ondrey Duda karyerasını  Milan “İnter”ində davam etdirə bilər. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, bu barədə yarımmüdafiəçi özü açıqlama verib:

 

“Klublar danışıq aparırlar, düşünürəm ki, ya bu həftə, ya da gələn ayın əvvəlindən “İnter”in oyunçusu olacam”.

 

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsüm “Legiya” ilə meydana çıxdığı 39 oyunda 8 qola imza atıb.

 

Yarımmüdafiəçi iki dəfə də Slovakiya milli komandasının formasını geyinib və 1 dəfə qol sevinci yaşayıb.

Xəbər lenti