6 İyul 14:57 “İnter” üçün uğurlu hakim - FOTO
FUTBOL xəbərləri 6 İyul 14:57
594 baxış

“İnter” üçün uğurlu hakim - FOTO

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “İnter” – “Laçi” (Albaniya) oyunu gənc hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, iyulun 9-da “İnter Arena”da keçiriləcək görüşü idarə edəcək qazaxıstanlı Aleksandr Əliyevin 28 yaşı var.

 

2013-cü ilin əvvəlindən FİFA referisi olan Əliyev artıq 1 dəfə Bakıda olub. Onun əsas millilər səviyyəsində idarə etdiyi ilk görüş Azərbaycan yığmasının iştirakı ilə baş tutub.

 

Belə ki, qazaxıstanlı 2013-cü il avqustun 14-də millimizin Malta ilə oyununda fit çalıb. Həmin oyunda komandamız 3:0 hesabı ilə qalib gəlib. Rüfət Dadaşovun 2, Rauf Əliyevin 1 qol vurduğu matçın hakimi maltalıları qırmızı vərəqə ilə də cəzalandırıb.

Xəbər lenti