12 İyul 20:07 “İnter” xorvatiyalı futbolçu alır
FUTBOL xəbərləri 12 İyul 20:07
957 baxış

“İnter” xorvatiyalı futbolçu alır

Milanın “İnter” klubu İvan Perisiçlə anlaşmağa yaxındı. Apasport.az saytının “Kicker” nəşrinə istinadən məlumatına görə, milanlılar xorvatiyalı yarımmüdafiəçi üçün klubu “Volfsburq”la danışıqlara başlayıb.

 

Xatırladaq ki, futbolçu şəxsi problemlərinə görə “Volfsburq”un son hazırlıq oyununda iştirak etməmişdi.

 

Əlavə olaraq bildirək ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 2013-cü ildən “canavarlar”ın şərəfini qoruyur. Bu müddətdə o, klubu ilə 68 oyunda meydana çıxıb və 17 qol vurub.

 

Xorvatiya millisinin heyətində 2011-ci ildə debüt edən Perisiç əsas millinin formasını geyindiyi 38 oyunda 9 dəfə fərqlənib.

Xəbər lenti