5 Fevral 13:54 “İnter” yeni transferini Lənkərana aparmayacaq
FUTBOL xəbərləri 5 Fevral 13:54
366 baxış

“İnter” yeni transferini Lənkərana aparmayacaq

“İnter”in qış fasiləsindəki son transferi Vojislav Stankoviçin yeni klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, dünən Bakıya gələn serbiyalı müdafiəçi artıq sözləşməyə qol çəkib.

 

28 yaşlı futbolçunun adı yaxın günlərdə PFL-ə təqdim ediləcək. Lakin onun fevralın 7-də Premyer Liqanın XX turu çərçivəsində “Xəzər Lənkəran”la səfər qarşılaşmasında iştirakı gözlənilmir. Çünki ucaboy oyunçu hələ məşqlərə qoşulmayıb.

 

Qeyd edək ki, karyerası ərzində cəni 1 dəfə (2010-cu ildə) Serbiya yığmasının formasını geyinmiş Vojislav Stankoviç 2009-2015-ci illər aralığında “Partizan”da çıxış edib.

 

Xəbər lenti