13 Noyabr 12:27 “İnter” yenidən “Zirə” ilə qarşılaşacaq
FUTBOL xəbərləri 13 Noyabr 12:27
474 baxış

“İnter” yenidən “Zirə” ilə qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən klublar yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Bakı klubları “İnter”lə “Zirə” noyabrın 15-də üz-üzə gələcəklər.

 

Turnir cədvəlində qonşu olan paytaxt təmsilçilərinin görüşü “İnter Arena”da keçiriləcək. Bu oyun saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, “İnter”lə “Zirə” arasında Premyer Liqada baş tutan hər iki oyun qolsuz heç-heçə ilə nəticələnib.

Xəbər lenti