7 İyul 12:11 “İnter”dən daha 2 rəsmi transfer
FUTBOL xəbərləri 7 İyul 12:11
6770 baxış

“İnter”dən daha 2 rəsmi transfer

Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” digər tərəfdən “transfer bazarı”ndakı fəallığını da davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər” bu gün daha iki transferi rəsmiləşdiriblər.

 

Paytaxt klubunun meneceri Aleksey Barvinski saytımıza açıqlamasında bildirib ki, “Simurq”un kapitanı İlkin Qırtımov və Albaniyanın “Skenderbeu” klubunda çıxış edən braziliyalı Dieqo de Souza Martinslə münasibətlər rəsmiləşdirilib.

 

Milli komandamızın müdafiəçisi Qırtımov bu gün yeni komandası ilə 6 aylıq müqaviləyə qol çəkib. Hazırda klubun düşərgəsində olan hücumçu Martins isə “İnter”lə 1 illik sözləşmə imzalayıb.

 

Qeyd edək ki, “İnter” buna qədər Yuri Fomenko, Rauf Əliyev, Mirhüseyn Seyidov, Denis Silva, Laşa Kasradze, Xuan Fransisko, Novruz Məmmədov, Nika Kvekveskiri, Tural Qürbətov, Zurab Xizanişvili, Elnur Abdullayev və Stepan Polyakı heyətinə cəlb etmişdi.

Xəbər lenti

Xəbər lenti