31 İyul 08:41 “İnter”i məyus edən futbolçu: Bundan yaxşı debüt təsəvvür edə bilməzdim
FUTBOL xəbərləri 31 İyul 08:41
5891 baxış

“İnter”i məyus edən futbolçu: Bundan yaxşı debüt təsəvvür edə bilməzdim

“Atletik”dəki debütüm çox uğurlu alındı. Bundan yaxşısını təsəvvür edə bilməzdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletik” klubunun futbolçusu Xavyer Eraso deyib.

 

Bilbao təmsilçisinin heyətində debüt edən 25 yaşlı hücumçu Avropa Liqasının III təsnifat mərhələsinin Bakı “İnter”i ilə ilk oyununun qəhrəmanı olub. İki qolla komandasına 2:0 hesablı qələbə qazandıran Eraso matç haqda fikirlərini açıqlayıb: “Çox xoşbəxtəm ki, bu matçda oynayıb, iki qol vurdum. İlk oyunda baş məşqçimizin etimad göstərməsi qol vurmağımdan daha sevindiricidi. Oyuna gəlincə, yaxşı mübarizə aparıb, istədiyimiz futbolu nümayiş etdirdik. Düzdü, rəqib yaxşı müdafiə olunurdu. Bu üzdən xeyli çətin idi. Vurduğumuz qollardan başqa daha bir qol imkanımız oldu. Həmin epizodu qaçırdığımıza təəssüflənirəm. Qolları ailəm və sevgilimə həsr edirəm. Cavab oyunu süni örtüklü meydanda keçiriləcək. Düşünürəm ki, belə örtükdə oynamağımız bizə mane olmayacaq”.

 

Qeyd edək ki, Eraso hər hissədə bir qol vuraraq, komandasına 2:0 hesablı qələbə qazandırıb.

Xəbər lenti

Xəbər lenti