21 Aprel 21:10 "İnter"in baş məşqçisi: Komandanı yaşatmaq onların borcudu
FUTBOL xəbərləri 21 Aprel 21:10
326 baxış

"İnter"in baş məşqçisi: Komandanı yaşatmaq onların borcudu

“Son hadisələrlə bağlı isə deyə bilərəm ki, “İnter” dağılarsa, bu, faciə olacaq”. Apasport. az saytı PFL-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun yarımfinal mərhələsinin “İnter”-  “Neftçi” cavab görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcü mütəxəssis komandaya gələcək yeni rəhbərlərin kluba yenə diqqət ayıracaqlarına ümidvar olduğunu açıqlayıb: “Çünki “İnter”, “Neftçi” və “Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Komandanı yaşatmaq onların borcudu. “İnter” ölkənin öndə gedən klublarından biridi”.

 

Daha sonra oyun barədə danışan baş məşqçi futbolçularının bəzi qol epizodlarından yararlana bilməməsini ustalıq səviyyəsi ilə bağlayıb: Düşünürəm ki, çox sayda qol epizodu yaratdıq, amma bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı. İlk oyundan sonra demişdim ki, “Neftçi” qələbə qazanıb və özünü rahat hiss edir. “Neftçi” ev oyununda qol buraxmadı əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi”.

 

Qeyd edək ki, “İnter” yarımfinalın cavab görüşündə “Neftçi”ni geriyə düşdüyü matçda 2:1 hesabı ilə məğlub edib. İlk oyundakı “ağ-qara”lardan Nikolas Kanalesin dublu “flaqman”ı finala daşımağa imkan yaradıb.  

Xəbər lenti