29 İyul 08:27 “İnter”in Bilbao siftəsi
FUTBOL xəbərləri 29 İyul 08:27
670 baxış

“İnter”in Bilbao siftəsi

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq “İnter” Bilbaoda ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, “Silken İndautxu” otelində məskunlaşan komanda dünən 1 məşqlə kifayətlənib.

 

Zaur Svanadze yetirmələrini çox yükləməyib. Bakı təmsilçisinin açıq məşqi isə bu günə təsadüf edəcək.

 

Qeyd edək ki, “Atletik” – “Bilbao” görüşü sabah olacaq.

Xəbər lenti