11 İyul 16:32 “İnter”in futbolçusu Almaniya klubunda
FUTBOL xəbərləri 11 İyul 16:32
957 baxış

“İnter”in futbolçusu Almaniya klubunda

Milan “İnter”i daha bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, “neradzurra” ötən yay “Bavariya”dan transfer etdiyi Xerdan Şaqirini satıb.

 

İsveçrə yığmasının yarımmüdafiəçisi yenidən Almaniya Bundesliqasında çıxış edəcək. 23 yaşlı oyunçu “Bavariya”nın əsas rəqiblərindən olan “Şalke” ilə anlaşıb. “Stok Siti”nin təklifini qəbul etməyən Şaqiri yaxın günlərdə Gelzenkirhen klubu ilə münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Xerdan Şaqiri 2012-2015-ci illərdə “Bavariya”nın formasını geyinib.

Xəbər lenti