9 Sentyabr 15:59 “İnter”in futbolçusuna İspaniyadan təklif
FUTBOL xəbərləri 9 Sentyabr 15:59
1269 baxış

“İnter”in futbolçusuna İspaniyadan təklif

İtaliya “İnter”inin yaponiyalı müdafiəçisi Yuto Naqatomo karyerasını İspaniya çempionatında davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, onunla “Sevilya” yaxından maraqlanır.

 

Əndəlus klubu Naqatomonu qış “transfer pəncərəsi”ndə heyətinə qatmaq arzusundadı.

 

“İnter” də təcrübəli futbolçu ilə yolları ayırmağın əleyhinə deyil. Komandanın məşqçilər korpusu Naqatomoya özünü göstərmək üçün yanvara qədər vaxt verəcək. Əgər yapon futbolçu əsas heyətdə möhkəmlənə bilməsə, onunla yollar ayrılacaq. 

Xəbər lenti