11 İyul 14:01 “İnter”in iştirak ərizəsində 26 futbolçu: 3-ü getdi, 6-sı gəldi
FUTBOL xəbərləri 11 İyul 14:01
10504 baxış

“İnter”in iştirak ərizəsində 26 futbolçu: 3-ü getdi, 6-sı gəldi

Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” II təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, “bankirlər” 26 oyunçunu sirafiş ediblər.

 

AL-in II mərhələsində “Hafnarfyordur”la (İslandiya) qarşılaşacaq paytaxt klubu yollarını ayırdığı Dieqo Madriqal və Sezar Meza Kollinin, eləcə də zədələ Slavço Georgiyevskinin adını iştirak ərizəsindən çıxarıb.

 

Əvəzində 6 yeni oyunçu - Novruz Məmmədov, İlkin Qırtımov, Elnur Abdullayev, Stepan Polyak, Tural Qürbətov və Dieqo Martins sifariş olunub.

 

Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Denis Silva, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 21. Novruz Məmmədov, 22. İlkin Qırtımov

Yarımmüdafiəçilər:  7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 13. Mirsahib Abbasov, 18. Mansur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 39. Elnur Süleymanov, 10. Elnur Abdullayev

Hücumçular: 11. Rauf Əliyev, 20. Yuri Fomenko, 45. İlkin Sadıqov, 99. Bilal Qəmbərov, 15. Stepan Polyak, 17. Tural Qürbətov, 23. Dieqo Martins

 

Qeyd edək ki, “İnter”in “Harfnarfyordur”la oyunları iyulun 16-da və 23-də keçiriləcək.

Xəbər lenti