9 Noyabr 23:06 “İnter”in keçmiş baş məşqçisi “Panatinaikos”da
FUTBOL xəbərləri 9 Noyabr 23:06
824 baxış

“İnter”in keçmiş baş məşqçisi “Panatinaikos”da

Yunanıstan superliqası təmsilçilərindən “Panatinaikos”un yeni baş məşqçisinin kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Milan “İnter”inin keçmiş çalışdırıcısı Andrea Stramaçionni gətirilib.

 

Klubdan verilən açıqlamada bildirilib ki, 39 yaşlı italiyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

 

Yunanıstan birinciliyində geridə qalan 9 turdan sonra lider “Olimpiakos”la arasındakı 8 xal fərqlə ikinci sırada yer alan “Panatinaikos” UEFA Avropa Liqasının “pley-off” mərhələsində də təmsilçimiz “Qəbələ”yə yenilmiş və keçmiş baş məşqçi Yannis Anastasiou vəzifəsindən ayrlmışdı.

 

Maraqlıdı ki, Stramaççioni də yeni komandası ilə ilk matçına “Olimpiakos” qarşısında çıxacaq.

Xəbər lenti