10 Avqust 18:56 “İnter”in keçmiş futbolçusu Premyer Liqa klubunun tarixinə düşdü
FUTBOL xəbərləri 10 Avqust 18:56
820 baxış

“İnter”in keçmiş futbolçusu Premyer Liqa klubunun tarixinə düşdü

"İnter"dən ayrılacağı dəqiqləşmiş, ancaq yeni klubunun adına heç cür aydınlıq gəlməyən Xerdan Şakiri nəhayət özünə yeni ünvan tapıb. Apasport.az saytının məlumatına görə, isveçrəli futbolçu İngiltərə Premyer Liqa komandalarından "Stok Siti" ilə anlaşıb.

 

O, artıq tibbi müayinədən keçmək üçün İngiltərəyə gedib. 23 yaşlı futbolçuya görə Premyer Liqa təmsilçisi "İnter"ə 19 milyon avro ödəyəcək.

 

Şakiri "Stok Siti" tarixinin ən bahalı transferi olacaq.

 

Qeyd edək ki, gənc futbolçu ötən mövsüm 16 milyon avroya "Bavariya"dan "İnter"ə transfer olmuşdu.