31 İyul 08:04 “İnter”in müdafiə səddini yarmaq çətin idi”
FUTBOL xəbərləri 31 İyul 08:04
1337 baxış

“İnter”in müdafiə səddini yarmaq çətin idi”

“İnter”lə qarşılaşmada əldə etdiyimiz 2:0 hesablı qələbə mərhələ keçmək üçün yaxşı nəticədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde deyib.

 

Təcrübəli mütəxəssis III Avropa Liqasının ilk oyunları çərçivəsində Bakı “İnter”i ilə qarşılaşan Bilbao klubunun çalışdırıcısı 2:0 hesablı qələbədən razı qalıb: “Lakin hələ mərhələ keçdiyimizi söyləmək olmaz. Bunun üçün yaxşı şanslarımız var. Lakin hər şey Bakıda həll olunacaq. Cavab oyununda çox çətin olacaq. Bunu əvvəldən də bilirik. Bəzilərinin düşündüyü qədər asan səfər olmayacaq. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Bu üzdən də “İnter”in müdafiə səddini yarmaq çətin idi”.

 

Qeyd edək ki, “İnter”lə “Atletik” arasında cavab oyunu avqustun 6-da keçiriləcək.

Xəbər lenti