31 İyul 00:36 “İnter”in sensasiyaya gücü çatmadı - YENİLƏNİB
FUTBOL xəbərləri 31 İyul 00:36
15729 baxış

“İnter”in sensasiyaya gücü çatmadı - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” UEFA Avropa Liqası III turunda ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” İspaniyada “Atletik”in qonağı olub.

 

Tarixində ilk dəfə 3-cü mərhələyə adlayan “İnter” həm də ispan klubları ilə qarşılaşacaq ilk Azərbaycan klubu kimi tarixə düşüb.

 

Matç gözlənildiyi kimi ispanların üstünlüyü ilə başa çatıb. Ev sahibləri hər iki hissənin əvvəlində vurduqları qollarla oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar.

 

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

 

 

 

"Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, Azərbaycan) - 2:0

Qol: Eraso, 12, 49

 

Baş hakim: Stavros Tritsonis

Yan xətt hakimləri: Xristos Akrivos, İlias Alekseas 

Dördüncü hakim: İlias Spatas (hamısı Yunanıstan) 

UEFA hakim-inspektoru: Yuni Hiitia (Finlandiya)  

UEFA nümayəndəsi: Danilo Filakçione (İtaliya) 

Bilbao. "San Mames" stadionu

 

 

“Atletik”: 13. Yaqo Herrerin, 16. Xabier Etxetiya, 18. Karlos Qurpegi, 24. Mikel Balenziaqa, 5. Xavier Eraso, 7. Benat Eçeberiya, 8. Ander İturasbe, 10. Oskar de Markos, 14. Markel Susaeta, 11. İbai Qomez, 20. Ariz Aduriz

Ehtiyat oyunçular: 1. Qorka İraizos, 4. Aymerik Laporte, 30. İnyiqo Leku, 3. Qorka Elustundo, 23. Ager Aketçe, 9. Kike Sola, 21. Borxa Vigera

Baş məşqçi: Ernesto Valverde

 

 

“İnter”: 25. Səlahət Ağayev, 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 5. Denis Silva, 22. İlkin Qırtımov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 15. Yan Polyak, 24. Fuad Bayramov, 11. Rauf Əliyev,

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 23. Dieqo Martins, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 13. Mirsahib Abbasov, 20. Fomenko, 30. Abbas Hüseynov

Baş məşqçi: Zaur Svanadze

Xəbər lenti