17 Avqust 16:39 “İnter”in yarımmüdafiəçisi “Real”da
FUTBOL xəbərləri 17 Avqust 16:39
637 baxış

“İnter”in yarımmüdafiəçisi “Real”da

“İnter”in baş məşqçisi Roberto Mançini maraqlı fikir səsləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında xorvatiyalı yarımmüdafiəçi Mateo Kovaçiçlə yollarını ayıracaqlarını bildirib.

 

Mançini yetirməsinin keçəcəyi komandanın adını da açıqlayıb. Onun sözlərinə görə, 21 yaşlı oyunçu “Real”la anlaşıb: “Çox təəssüf ki, Kovaçiç komandanı tərk edəcək. Bəzi qaydalara əməl etmək məcburiyyətindəyik. Söhbət maliyyə feyr-pleyindən gedir. Buna görə biz Xerdan Şaqirini satmalı olduq. İndi də Kovaçiç “Real”a keçməyə hazırlaşır. Bundan sonra komandanı gücləndirmək barədə düşünə bilərik”.

 

Qeyd edək ki, Mateo Kovaçiç “İnter”ə 2013-cü ildə Zaqreb “Dinamo”sundan keçib.