29 İyul 13:36 “İnter”lə qarşılaşmada qələbə vacibdi”
FUTBOL xəbərləri 29 İyul 13:36
572 baxış

“İnter”lə qarşılaşmada qələbə vacibdi”

“Avrokuboklarda mübarizə aparmaq həmişə maraqlı və xoşdu. 3 il əvvəl bu yarışın finalında oynamışıq. 3 il əvvəl Avropa Liqasının finalına yüksəlmişdik. Bu uğuru təkrarlamaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletik” klubunun futbolçusu Aymetik Laporta deyib.

 

O, Avropa Liqasının III təsnifat mərhələsinin Bakı “İnter”i ilə sabahkı ilk oyunu haqda da danışıb: “İnter” yaxşı komandadı. Azərbaycan təmsilçisinə yuxarıdan aşağı baxmaq olmaz. Belə etsək, sonra meydanda çətinliklə üzləşə bilərik. Ona görə də oyuna köklənməliyik. Ən vacib olan qələbədi ki, buna da nail olmaq niyyətindyik”.

 

Qeyd edək ki, “Atletik” – “İnter” oyunu sabah Bilbaonun “San Mames” stadionunda keçiriləcək.

Xəbər lenti