5 Sentyabr 16:18 İnyesta: ...“Barselona” tarixdə qalacaq
FUTBOL xəbərləri 5 Sentyabr 16:18
1131 baxış

İnyesta: ...“Barselona” tarixdə qalacaq

“Əvvəl buna yaxın olmuşuq. Ancaq istəyimizə çata bilməmişdik”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Andres İnyesta deyib.

 

Komandasının cari mövsümdəki hədəfləri barədə danışan 31 yaşlı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

 

O, ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olmaq istədiklərini bildirib: “Hələ heç bir komanda bu uğura imza atmayıb. Dediyim kimi, biz bir dəfə yaxın olsaq da, nail ola bilməmişdik. Ancaq bunu etməliyik. Ardıcıl ikinci dəfə ÇL-in qalibi olsaq, “Barselona” tarixdə qalacaq”.

 

Qeyd edək ki, ötən mövsüm “Barselona” finalda “Yuventus”a qalib gələrək, ÇL-in kubokuna sahib çıxmışdı.  

Xəbər lenti